Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasına seçildi

Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasına seçildi Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.
Futbol
14 Dekabr , 2020 23:06
Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasına seçildi
Karlos Alberto Torres

Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.

"Report"un məlumatına görə, ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya yığmasının daha 3 üzvü daxil edilib.

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)

Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)

Rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi