Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva bu gün Bakı İdman Sarayında başlanacaq təlim-məşq toplanışına 20 futzalçı çağırıb. Onlardan Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.
№ |
AD, SOYAD |
KLUB |
1 |
Ramiz Çovdarov |
Araz |
2 |
Rövşən Hüseynli |
Araz |
3 |
Emin Kürdov |
EKOL |
4 |
Rizvan Fərzəliyev |
Araz |
5 |
İsa Atayev |
Araz |
6 |
Xətai Bağırov |
Araz |
7 |
Hadi Ahmadi |
Araz |
8 |
Amir Şojae |
Araz |
9 |
Fineo De Araujo |
Araz |
10 |
Oqtay Rüstəmli |
Neftçi |
11 |
Tofiq Mikayılov |
EKOL |
12 |
Oruc Bəxşəlizadə |
Neftçi |
13 |
Kənan Manafov |
Neftçi |
14 |
Samir Həmzəyev |
EKOL |
15 |
Nihad İsmayılov |
klubsuz |
16 |
Oliveira Villiams “Vassoura” |
klubsuz |
17 |
Eduardo Borges |
Halle Gooik (Belçika) |
18 |
Everton Kardoso “Qalo” |
Levante (İspaniya) |
19 |
Rafael Vilela |
Palma Futsal (İspaniya) |
20 |
Teles Martins Tyaqo “Bonilla” |
Salines Tuzla City (Bosniya və Herseqovina) |
Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.