Eddi İsrafilov sabiq komandasına vurduğu qola sevinmədi

Eddi İsrafilov sabiq komandasına vurduğu qola sevinmədi İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Sequndada növbəti qulunu vurub.
Futbol
27 Yanvar , 2021 09:06
Eddi İsrafilov sabiq komandasına vurduğu qola sevinmədi
Eddi İsrafilov

İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Sequndada növbəti qulunu vurub.

"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi XXII turda "Alkorkon"la matçda fərqlənib. O, 30-cu dəqiqədə komandasını hesabda önə çıxarıb. İsrafilov sabiq komandasına vurduğu baxımlı qoldan sonra sevinməyib.

Görüş "Albasete"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 21 xalla 22 komanda arasında 18-19-cu pilləri bölüşür.

Qeyd edək ki, 2019-cu ilin yayından "Albasete"də çıxış edən Eddi İsrafilov 2018/2019 mövsümündə "Alkorkon"un formasını geyinib. O, 2020-ci ildə Azərbaycan yığmasının heyətində Millətlər Liqasının oyunlarında iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi