Millimizin futbolçusu: "Koronavirusa necə yoluxduğumu özüm də bilmirəm"

Millimizin futbolçusu: "Koronavirusa necə yoluxduğumu özüm də bilmirəm" "Özümü tam yaxşı hiss edirəm. Sadəcə, evdə karantində olmalıyam, heç mənə müalicə də yazmayıblar"
Futbol
6 Oktyabr , 2020 15:33
Millimizin futbolçusu: Koronavirusa necə yoluxduğumu özüm də bilmirəm

"Hazırda özümü yaxşı hiss edirəm. Sağlamlığım tam yerindədir. Sadəcə testimin nəticəsi müsbət çıxdı və mənə evdə karantində qalmalı olduğumu dedilər". 

Bu fikirləri "Report"a açıqlamasında Çexiyanın “Viktoriya Jijkov” klubunun düşərgəsində COVID-19 testi müsbət nəticə verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev deyib. 

Gənc yarımmüdafiəçi 1 həftə karantində qalacağını, daha sonra yenidən test verəcəyini vurğulayıb: "Hazırda idman edirəm. Qızdırma və öskürəyim yoxdur. Necə yoluxduğumu heç özüm də bilmirəm. Özümü tam yaxşı hiss edirəm. Sadəcə evdə karantində olmalıyam, heç mənə müalicə də yazmayıblar. Ehtiyac belə yoxdur. Yalnız bunu deyiblər ki, testinin nəticəsi müsbətdir və evdə təcrid olmalısan".

Yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsində yığmaya kömək edə bilməyəcəyi üçün məyus olduğunu söyləyib: "Mən də yığmanın düşərgəsində olmaq istəyirdim. İştirak edə bilməmək məndə çox məyusluq yaratdı". 

Qeyd edək ki, U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.  

Son xəbərlər

Orphus sistemi