Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi? "Bu sistemə tez uyğunlaşmalı və məşqlərdə özümü yaxşı tərəfdən göstərməliyəm. İnanıram ki, əsas heyətdə yer tutacağam"
Futbol
18 Yanvar , 2021 15:22
Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

"Telstar" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderland I Divizionunda XX turun "TOP Oss"la matçında iştirak etməməsinin səbəbi bəlli olub.

Bu barədə "Report"a 23 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Kökçü deyib ki, heyətdə olmaması sənədləşmə prosedurlarının qısa müddətdə tamamlanmaması ilə bağlıdır: "Həftəsonu AZ klubunun əvəzedici komandası ilə görüşdə heyətdə olacağam".

Oyunçu yeni komandası ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: "Telstar" çox yaxşı sistem qurub, baş məşqçinin də burada rolu var. Bu sistemə tez uyğunlaşmalı və məşqlərdə özümü yaxşı tərəfdən göstərməliyəm. İnanıram ki, əsas heyətdə yer tutacağam".

Yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələ oyunlarında Azərbaycan yığmasının heyətində yer almaq istədiyini vurğulayıb: "Milli ruh hər şeydən əvvəl gəlir. Dəvət gələcəyi təqdirdə, orada olacağam".

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.

Son xəbərlər

Orphus sistemi