Millimizin futbolçusu qol vurdu, komandası qalib gəldi - YENİLƏNİB

Millimizin futbolçusu qol vurdu, komandası qalib gəldi - YENİLƏNİB Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın Ertsgebirge klubu II Bundesliqanın XXVI turunda Sandhauzeni qəbul edib.
Futbol
16 May , 2020 17:01
Millimizin futbolçusu qol vurdu, komandası qalib gəldi - YENİLƏNİB

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqanın XXVI turunda "Sandhauzen"i qəbul edib.

"Report"un məlumatına görə, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı Nazarov açıb. 30 yaşlı yarımmüdafiəçi 5-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını önə keçirib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Ertsgebirge" 5-ci pilləyə yüksəlib.


***15:21

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqanın XXVI turunda "Sandhauzen"i qəbul edir.

"Report"un məlumatına görə, artıq görüşdə hesab açılıb. Nazarov 5-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını önə keçirib.

Rəqibin heyətində isə Dennis Dikmeyer qırmızı vərəqə alaraq meydançanı tərk edib.

Qeyd edək ki, Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi