Millimizin futbolçuları Türkiyə ilə oyundan danışdılar

Millimizin futbolçuları Türkiyə ilə oyundan danışdılar "Biz bu oyuna dostluq yox, qardaşlıq matçı kimi baxırıq"
Futbol
26 May , 2021 16:56
Millimizin futbolçuları Türkiyə ilə oyundan danışdılar

"Biz bu oyuna dostluq yox, qardaşlıq matçı kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir. Niderland, Norveç kimi güclü komandaları məğlub ediblər".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin qapıçısı Emil Balayev AFFA-nın rəsmi saytıpna açıqlamasında Türkiyə yığmasına qarşı keçiriəcəkləri yoldaşlıq matçı barədə danışarkən deyib.

"Qarabağ"ın formasını geyinən 27 yaşlı qolkiper bildirib ki, futbolsevərləri maraqlı oyun gözləyir: "Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək”.

"Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov sabahkı oyuna hazırlaşdıqlarını söyləyib: "Türkiyə millisi bizə yad komanda deyil. Qardaş ölkənin komandasına qarşı oynayacağıq. Bizim üçün beynəlxalq oyun təcrübəmizi artırmaq baxımından vacib oyundur. Bu qarşılaşma Türkiyə millisinin Avropa çempionatının oyunlarına yaxşı hazırlaşması baxımından əhəmiyyət kəsb edir. Oyuna yaxşı köklənmişik. Hansı komandanın qalib gəlməsi o qədər də əhəmiyyət kəsb etmir. Əsas odur ki, dostluq, qardaşlıq qələbə qazanacaq".

"Sabah"ın hücumçusu Ramil Şeydayev isə deyib ki, Türkiyə güclü rəqib olduğunu hamı bilir: "DÇ-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir. Onlar Avropa çempionatına hazırlaşırlar. Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq görüşə hazırıq”.

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi