Millimizin debütantı: "Yığmaya dəvət alacağımı gözləyirdim"

Millimizin debütantı: "Yığmaya dəvət alacağımı gözləyirdim" "İlk dəfə milliyə çağırıldığım üçün baş məşqçi Canni De Byaziyə təşəkkür edirəm. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova da minnətdaram. Çünki klubda gördüyüm işin qarşılığında yığmaya dəvət olundum".
Futbol
4 Sentyabr , 2020 15:28
Millimizin debütantı: Yığmaya dəvət alacağımı gözləyirdim

"İlk dəfə milliyə çağırıldığım üçün baş məşqçi Canni De Byaziyə təşəkkür edirəm. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova da minnətdaram. Çünki klubda gördüyüm işin qarşılığında yığmaya dəvət olundum".

Bu fikirləri "Report"a açıqlamasında ilk dəfə Azərbaycan millisinə dəvət alan "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.

25 yaşlı müdafiəçi millidə olduğu üçün qürur duyduğunu söyləyib. Bədəlov toplanışa çağırılan futbolçuların tənqid olunmasına da münasibət bildirib: "Mən komanda üçün əlimdən gələni etməyə hazıram. Canni De Byazi yeni baş məşqçidir, köməkçiləri də onun kimi futbolçuları izləyib. Düşünürəm ki, De Byazi öz oyun sisteminə uyğun gələn futbolçulara dəvət göndərib. Seçimin yaxşı və ya pis olmasını zaman göstərəcək. Toplanışda görürük ki, baş məşqçi çalışqan və peşəkardır. Onunla çox iş görmək olar. Həmişə arzum olub ki, milliyə dəvət alım və istəyim gerçəkləşdi. Demək olar ki, 70 faiz dəvət alacağımı gözləyirdim. Keçən il və bu mövsüm yığmaya çağırılmaq üçün çalışırdım".

Müdafiəçi Lüksemburq və Kiprlə matçlarda yaxşı nəticə qazanacaqlarına inam ifadə edib: "Toplanışa başlayanda ilk olaraq məşqçilər korpusu ilə görüşdük. Bizə bildirdilər ki, hər görüşə qələbə üçün çıxacağıq və məqsədimiz qrupda birinci yeri tutmaqdır. Hazırda Lüksemburqla matçı düşünürük və yaxşı nəticəyə ümid edirik". 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi