Millimizə dəvət alan bombardir zədələndi

Millimizə dəvət alan bombardir zədələndi "Sumqayıt" klubunun futbolçusu Əli Qurbani "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının V tur matçında zədələnib.
Futbol
1654
3 Oktyabr , 2020 14:42
Millimizə dəvət alan bombardir zədələndi
Əli Qurbani

"Sumqayıt" klubunun futbolçusu Əli Qurbani "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının V tur matçında zədələnib. 

"Report"un məlumatına görə, cənubi azərbaycanlı hücumçu ayağında ağrılar hiss edib. Bu səbəbdən 30 yaşlı hücumçu 38-ci dəqiqədə yerini Cavid İmamverdiyevə verib. 

Qurbani Monteneqro ilə oktyabrın 10-da səfərdə, Kiprlə isə oktyabrın 13-də evdə keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün ilk dəfə Azərbaycan yığmasına dəvət alıb. 

Qeyd edək ki, hazırda Qəbələ şəhər stadionunda davam edən qarşılaşmada "Sumqayıt" hesabda öndədir - 1:0. Yeganə topu 26-cı dəqiqədə məhz Əli Qurbani vurub. Bu, "gənclik şəhəri" təmsilçisinin yeni transferinin çempionatda 5-ci qoludur. 

Son xəbərlər

Orphus sistemi