Millimizə daha bir futbolçu çağırıldı

Millimizə daha bir futbolçu çağırıldı Bu, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur
Futbol
24 May , 2021 10:36
Millimizə daha bir futbolçu çağırıldı
İsmayıl Zülfüqarlı

Azərbaycan milli komandasının Bakıda keçirilən hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın və "Neftçi"nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı paytaxtdakı məşqlərdə iştirak edəcək. O, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur.

Daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Namik Ələskərov yığmaya çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Son xəbərlər

Orphus sistemi