Millimizdən imtina edən futbolçu Türkiyə yığmasında

Millimizdən imtina edən futbolçu Türkiyə yığmasında Futbolçu müqavilə ilə “Başakşəhər”ə məxsusdur
Futbol
20 May , 2021 14:50
Millimizdən imtina edən futbolçu Türkiyə yığmasında
Emre Kaplan

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamaqdan imtina edən Emre Kaplan Türkiyənin müvafiq yığmasına dəvət alıb.

"Report" xəbər verir ki, bu barədə futbolçunun icarə əsasında çıxış etdiyi "Bodrumspor" klubu məlumat yayıb.

Qeyd edək ki, Emre Kaplan daha əvvəl Azərbaycanın U-19 millisində də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Futbolçu müqavilə ilə “Başakşehir”ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi