Milli komandalarımızın rəqibləri müəyyənləşdi

Milli komandalarımızın rəqibləri müəyyənləşdi 19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub
Futbol
11 Mart , 2021 18:30
Milli komandalarımızın rəqibləri müəyyənləşdi

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

"Report"un məlumatına görə, A Liqasında mübarizə aparacaq yığma İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupa düşüb.

Bu qrupun oyunları İtaliyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq.

Bu gün həmçinin 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Azərbaycan yığması B liqasında Albaniya və Monteneqro ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. Bu mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi