Millimiz FIFA reytinqində irəlilədi

Millimiz FIFA reytinqində irəlilədi FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbol
586
17 Sentyabr , 2020 12:42
Millimiz FIFA reytinqində irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Report" xəbər verir ki, ötən dəfə açıqlanan siyahı ilə müqayisədə Azərbaycan milli komandası iki pillə irəliləyib.

Yığma 1179 xalla 112-ci sırada qərarlaşıb.

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Kipr seçməsi 1236 xalla 98-ci pilləyə geriləyib. Əvəzində 1237 xalı olan Lüksemburq 97-ci sıraya yüksəlib. Monteneqro isə (1376 xal) 1 addım irəliləyərək, 63-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1773), Fransa (1744) və Braziliya (1712) qərarlaşıb. 1485 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 32ci sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi