Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, III qrupda mübarizə aparan yığma 4-cü matçında Moldova seçməsinin qonağı olub və rəqibini 5:3 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv sona 2 tur qalmış liderliyini daha da möhkəmlədib və digər qruplardakı matçların da nəticələrindən asılı olaraq, tarixində ardıcıl 6-cı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.
Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
20:30. Moldova - Azərbaycan - 3:5
Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35 (avtoqol)
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)
Qırmızı vərəqə: Andrian Laşku, 40 (Moldova)
Çoresku, "FMF Arena".
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2022-ci il 19 yanvar - 6 fevralda Niderlanda təşkil olunacaq.