Milli komandaların oyununda kütləvi dava düşüb

Futbol
  • 18 may, 2023
  • 15:25
Milli komandaların oyununda kütləvi dava düşüb

22 yaşadək futbolçulardan ibarət milli komandaların oyununda kütləvi dava olub.

“Report”un xarici KİV-ə istinadən məlumatına görə, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya – Tailand görüşündə baş verib.

90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.

İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə göstərib.

Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub.

44 - Tezliklə