Millətlər Liqası: Fransa Danimarkanı, Belçika Niderlandı qəbul edəcək

Millətlər Liqası: Fransa Danimarkanı, Belçika Niderlandı qəbul edəcək Bu gün UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçiriləcək.
Futbol
3 İyun , 2022 07:45
Millətlər Liqası: Fransa Danimarkanı, Belçika Niderlandı qəbul edəcək

Bu gün UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçiriləcək.

"Report"un məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edəcək. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gələcəklər.

4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın, Slovakiya isə Serbiyada Belarusun qonağı olacaq.

UEFA Millətlər Liqası

I tur

A Liqası

1-ci qrup

22:45. Fransa - Danimarka

22:45. Xorvatiya - Avstriya

4-cü qrup

22:45. Belçika - Niderland

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan - Azərbaycan

22:45. Belarus - Slovakiya

D Liqası

1-ci qrup

20:00. Latviya - Andorra

22:45. Lixtenşteyn - Moldova

Son xəbərlər

Orphus sistemi