Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək.
C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.
Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.
UEFA Millətlər Liqası
C liqası, I qrup
8 sentyabr
22:45. Kipr - Azərbaycan
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka
Nikosiya. GSP stadionu
Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.