"Milan", "Real Madrid" və PSJ Rusiya şirkəti ilə müqaviləni pozub

Futbol
  • 17 mart, 2022
  • 12:26
Milan, Real Madrid və PSJ Rusiya şirkəti ilə müqaviləni pozub

İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları Rusiyanın "Fonbet" şirkəti ilə əməkdaşlığı dayandırıb.

"Report" "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir ki, hər üç klub 2019 və 2021-ci illərdə işlədikləri bukmeker kontoru ilə müqavilələri ləğv edib.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar verilib.

44 filmi