"Milan" "Real Madrid"in hücumçusu ilə müqavilə imzalamaq istəyir

"Milan" "Real Madrid"in hücumçusu ilə müqavilə imzalamaq istəyir İtaliyanın "Milan" klubu İspaniya "Real Madrid"inin futbolçusu Brahim Diazı transfer etmək istəyir.
Futbol
29 Oktyabr , 2020 17:33
Milan Real Madridin hücumçusu ilə müqavilə imzalamaq istəyir
Brahim Diaz

İtaliyanın "Milan" klubu İspaniya "Real Madrid"inin futbolçusu Brahim Diazı transfer etmək istəyir.

"Report" "Calcio Mercato"ya istinadən xəbər verir ki, hazırda icarə əsasında "Milan"da çıxış edən 21 yaşlı ispaniyalı hücumçu ilə tam hüquqlu müqavilə imzalana bilər.

Qeyd edək ki, Brahim Diaz A Seriyasında 3 oyunda iştirak edib və 1 qol vurub. Onun icarə müddəti mövsümün sonunda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi