"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır İtaliya təmsilçisi “Milan” “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviçlə yollarını ayıracaq.
Futbol
2 Aprel , 2020 16:19
Milan Qarabağın sabiq qapıçısı ilə vidalaşır

İtaliya təmsilçisi “Milan” “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviçlə yollarını ayıracaq.

“Report” “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 33 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu İngiltərə "Bornmut"undan almayacaq.

Bosniya və Herseqovina yığmasının üzvü yenidən İngiltərəyə qayıtmalı olacaq. "Bornmut"un isə Beqoviçi heyətində saxlayıb-saxlamayacağı bəlli deyil. 

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. 

Son xəbərlər

Orphus sistemi