"Milan" klubu məhkəməni uduzdu

"Milan" klubu məhkəməni uduzdu İtaliya "Milan"ı sabiq idman direktoru Zvonimir Bobana təzminat ödəyəcək.
Futbol
30 Dekabr , 2020 18:12
Milan klubu məhkəməni uduzdu
Zvonimir Boban

İtaliya "Milan"ı sabiq idman direktoru Zvonimir Bobana təzminat ödəyəcək.

"Report" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna klubun məhkəmədə xorvatiyalı funksionerə uduzması səbəb olub.

Keçmiş klub rəsmisi 5,37 milyon avro alacaq.

Qeyd edək ki, Boban bu ilin martında "Milan" rəhbərliyini tənqid etdiyi üçün qovulub. Həmin vaxt rəhbərliyin onun xəbəri olmadan Ralf Ranqniklə danışıq aparması veteran futbolçunun narazılığına səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi