Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib

Futbol
  • 15 yanvar, 2017
  • 23:49
Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib

Bakı. 16 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Almaniyada 2016-cı ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının məlumatında bildirilir.

Özil 54,5% səs toplayaraq milli komanda yoldaşı və "Real"ın xavbeki Toni Kroosu (33,9%) sanballı səs çoxluğu ilə geridə qoyub. Səsvermədə üçüncü yeri "Köln"in müdafiəçisi Yonas Hektor (4%) tutub.

Bu, Özilin altı il ərzində 5-ci mükafatı olub. O, yalnız 2014-cü ildə Toni Kroosa məğlub olub.