Mesut Özil: "Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm"

Mesut Özil: "Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm" "Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm".
Futbol
27 Yanvar , 2021 17:13
Mesut Özil: Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm

"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport" telekanalında efirə gedən "Türkiyədən futbol" verilişinin aparıcısı Elçin Cəfərovun ünvanladığı suala cavab olaraq Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.

Son xəbərlər

Orphus sistemi