Messinin son 4 ildə "Barselona"dakı qazancı üzə çıxıb

Messinin son 4 ildə "Barselona"dakı qazancı üzə çıxıb Fransanın PSJ klubunda çıxış edən Lionel Messinin 2017 - 2021-ci illərdə İspaniya "Barselona"sında qazandığı məbləğ müəyyənləşib
Futbol
9 Dekabr , 2021 11:12
Messinin son 4 ildə Barselonadakı qazancı üzə çıxıb
Lionel Messi

Fransanın PSJ klubunda çıxış edən Lionel Messinin 2017 - 2021-ci illərdə İspaniya "Barselona"sında qazandığı məbləğ müəyyənləşib.

"Report" xəbər verir ki, "El Mundo" qəzeti 34 yaşlı hücumçunun 2017-ci ildə imzaladığı müqaviləsinin detallarını üzə çıxarıb.

Argentinalı forvardın 4 illik sözləşmədən qazancı 555 237 619 avro təşkil edib. Messi Kataloniya təmsilçisindən bir mövsümdə 138 000 000 avro qazanıb. Bundan əlavə, ulduz futbolçu müqavilə imzaladığı üçün əlavə 115 000 000 avro və "sadiqlik bonusu" olaraq 78 000 000 avro alıb.

Beləliklə, Messi sabiq klubunda 4 il ərzində 748 000 000 avro qazanıb.

"Barselona" müqavilənin detallarının mətbuata klubun sızdırmadığını və nəşri məhkəməyə verəcəyini bəyan edib. İspaniya nəhəngi həmçinin bu prosesdə dünyanın ən yaxşı futbolçusuna hər cür dəstək olacaqlarını da vurğulayıb.

Qeyd edək ki, avqustun 5-də "Barselona"dan ayrılan Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi