Messinin MLS-də debüt oyunu təxirə salınıb
Futbol
- 10 avqust, 2023
- 06:40
ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edəcəyi oyun təxirə salınıb.
“Report” xəbər verir ki, komandanın “Şarlott”la avqustun 21-nə təyin olunan görüşü həmin tarixdə baş tutmayacaq.
Buna səbəb “İnter Mayami”nin Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda mübarizəni davam etdirməsidir. Mayami təmsilçisi 1/4 final mərhələsində məhz “Şarlott”la üz-üzə gələcək. 3-cü yer uğrunda görüş və final matçı avqustun 19-da keçiriləcəyindən, hər iki komandanın sona qədər irəliləmək şansı var. Bunu nəzərə alan təşkilatçılar MLS oyununu qeyri-müəyyən müddətə təxirə salıblar.
“İnter Mayami”nin MLS-dəki sonrakı qarşılaşması avqustun 26-da “Nyu York Red Bulls”a qarşı olacaq.
Son xəbərlər
14:29
Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib
Maliyyə14:28
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Hadisə14:18
Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli saziş imzalayıb
Digər ölkələr14:12
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Maliyyə14:03
Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb
Biznes14:02
"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
Komanda13:55
Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr13:41
Ötən gün borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılıb
Hadisə13:33