Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub

Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub Fransanın "Lion" futbol klubunun argentinalı müdafiəçisi Nikolas Talyafiko həmyerlisi, Amerikanın "İnter Mayami" komandasının hücumçusu Lionel Messinin 2026-cı ilin dünya çempionatında oynaması üçün nələrin baş verməsi lazım olduğunu deyib.
Futbol
15 noyabr 2023 02:48
Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub

Fransanın "Lion" klubunun argentinalı müdafiəçisi Nikolas Talyafiko həmyerlisi, Amerikanın "İnter Mayami" komandasının hücumçusu Lionel Messinin 2026-cı ilin dünya çempionatında oynaması üçün nələrin baş verməsinin lazım olduğunu deyib.

"Report"un məlumatına görə, onun sözlərini "Inter Miami News Hub" “X” sosial şəbəkəsində sitat gətirib.

"Biz Amerika Kuboku-2024-ü qazanmalıyıq. Komandamız Qətərdə çempion olmasaydı, o, milli karyerasını bitirərdi. Amma biz bunu bacardıq və indi Messi öz zəfərini yaşayır. Amerika Kubokunu da qazansaq, o, davam etmək istəyəcək" - futbolçu bildirib.

Messi iki il Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb. Argentinalı avqustun 20-də Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra onun hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi