Messi: "Ronaldu bombardirdir, mən isə oyunun qurulması ilə məşğul oluram"

Messi: "Ronaldu bombardirdir, mən isə oyunun qurulması ilə məşğul oluram" Barselonanın argentinalı hücumçusu Lionel Messi Qızıl top-2019 mükafatının verilməsinin nəticələrini şərh edib.
Futbol
134
4 Dekabr , 2019 04:50
Messi: Ronaldu bombardirdir, mən isə oyunun qurulması ilə məşğul oluram

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi "Qızıl top-2019" mükafatının verilməsinin nəticələrini şərh edib.

"Report" xəbər verir ki, o, həmçinin bu nominasiyada qalibin hansı meyarlar üzrə müəyyən edilməsi barədə də fikirlərini bölüşüb.

"Özümlə Ronaldu arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm. Biz müxtəlif tapşırıqları yerinə yetiririk: o, bombardirdir, amma mən oyunun qurulması ilə məşğul oluram", - deyə o bildirib.

"Qızıl top"u almaq üçün sizə inanılmaz mövsüm keçirmək və Çempionlar Liqasını udmaq lazımdır. Avropada klubunuzla qələbə bu mükafata daha çox, ən azı əksər hallarda sizə şans verir", - deyə hücumçu bildirib.

"Kriştianu beşinci dəfə qalib gələndə o, "Real"la böyük dövr yaşadı, hansında ki, hər şeyi uddu. Ronaldu buna layiq idi. Onda mən düşünürdüm ki, daha çox şey etmək olardı. Mən bunu necə yaşadım? Əslində, azca yaxşı. Tək olmamağımın, kiminsə "qızıl top"u beş dəfə almasını dərk etmək, mənə toxunurdu", - deyə Messi "L'Equipe"yə bildirib.

Messi 2019-cu ildə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi olub. O, həmçinin Argentina yığmasının heyətində Amerika Kubokunun bürünc medalını qazanıb.

Daha əvvəl Messi FİFA-nın versiyasına görə "ilin ən yaxşı futbolçusu" adlandırılıb.

Son xəbərlər

Orphus sistemi