Messi: "Real" və "Barselona" üçün ağır olacaq”

Messi: "Real" və "Barselona" üçün ağır olacaq” Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun hücumçusu Lionel Messi son illər ərzində böyük sayda ulduz futbolçular itirmiş İspaniya çempionatının gələcəyi haqqında fikirlərini bölüşüb.
Futbol
13 Avqust , 2021 05:18
Messi: Real və Barselona üçün ağır olacaq”
Lionel Messi

Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun hücumçusu, Argentina yığmasının oyunçusu Lionel Messi son illər ərzində böyük sayda ulduz futbolçular itirmiş İspaniya çempionatının gələcəyi haqqında fikirlərini bölüşüb.

Bu barədə “Report” AS-a istinadən xəbər verir.

"Liqalarda əhəmiyyətli rolu komandalar oynayır. "Barselona" və "Real" hələ oradadır, La Liqada həmçinin "Sevilya", "Valensiya" və "Atletiko" çıxış edir. Bunlar top klublardır. Komandalar həmişə qalır və bu, hansısa oyunçuların getməsindən asılı deyil.

La Liqa - bu hələ böyük və əhəmiyyətli yarışdır. Oyunçular əvvəl də gedirdilər, amma klublar öz böyüklüyünü saxlayırdı. Onlar mövcudluqlarını və nəticələr göstərməyi davam etdirirdilər. "Real" və "Barselona" üçün ağır olacaq, amma onlar bir neçə il sonra qayıdacaqlar. O vaxt onlarda ispan futbolunun yeni böyük ulduzları ortaya çıxacaq", - Messi deyib.

Xatırladaq ki, avqustun 10-da PSJ rəsmən Lionel Messi ilə müqavilənin imzalanmasını elan edib. Razılaşma 2023-cü ilə qədər nəzərdə tutulub.

Messi İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, 2003-cü ildən "Barselona"da çıxış edib. Argentinalı bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, 8 dəfə isə Super Kuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi