Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.
Futbol
21 Oktyabr , 2018 10:44
Messi qolu qırıldığı üçün Real və İnterlə oyunları buraxacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu İspaniya çempionatının IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Beləliklə, argentinalı futbolçu Primeronun "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında "İnter"ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxa bilər.

Bundan əvvəl Messinin "Sevilya” ilə görüşdə zədələnərək meydanı erkən tərk etdiyi məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi