Messi qovuldu, "Atletik" İspaniya Super Kubokunu qazandı

Messi qovuldu, "Atletik" İspaniya Super Kubokunu qazandı "Atletik" klubu tarixində 3-cü dəfə İspaniya Super Kubokunu əldə edib.
Futbol
18 Yanvar , 2021 02:33
Messi qovuldu, Atletik İspaniya Super Kubokunu qazandı
Lionel Messi

"Atletik" klubu tarixində 3-cü dəfə İspaniya Super Kubokunu əldə edib.

"Report"un məlumatına görə, Bilbao komandası finalda "Barselona"nı məğlubiyyətə uğradıb - 3:2. Sevilyadakı "Estadio de-la Kartuxa"da keçirilmiş matçda Kataloniya komandası 2 dəfə - 40-cı və 77-ci dəqiqələrdə Antuan Qrizmannın qolları ilə önə keçib. Lakin 42-ci dəqiqədə Oskar De Markos, 90-cı dəqiqədə isə Asyer Vilyalibre fərqlənib.

Əlavə vaxtda basklar daha bir qol vurub. 94-cü dəqiqədə İnyaki Uilyams qələbə topuna imza atıb. 120+1-ci dəqiqədə isə "Barselona"nın kapitanı Lionel Messi qırmızı vərəqə alıb.

Beləliklə, "Atletik" 1984 və 2015-ci ildən sonra yenidən İspaniya Super Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi