Messi Peleyə təşəkkür etdi

Messi Peleyə təşəkkür etdi "Barselona" futbol komandasının və Argentina yığmasının hücumçusu Lionel Messi bir klubun heyətində qolların miqdarı üzrə rekordun təkrarlanması təbriki ilə əlaqədar futbol üzrə üçqat dünya çempionu Peleyə təşəkkür edib.
Futbol
21 Dekabr , 2020 05:24
Messi Peleyə təşəkkür etdi
Lionel Messi
0 : 00
0 : 00

"Barselona" futbol komandasının və Argentina yığmasının hücumçusu Lionel Messi bir klubun heyətində qolların miqdarı üzrə rekordun təkrarlanması təbriki ilə əlaqədar futbol üzrə üçqat dünya çempionu Peleyə təşəkkür edib.

“Report” xəbər verir ki, Messi bu barədə instaqram hesabında yazıb.

"Hərarətli sözlərə görə təşəkkür edirəm”, - Messi yazıb: “Belə böyük insandan təbrik almaq xoş idi. Sizi qucaqlayıram".

Otuz üç yaşlı Messi "Barselona"nın yetirməsidir. O, 2004-cü ildən komandanın əsas heyətində çıxış edir.

Şənbə günü Messi “Barselona”nın İspaniya çempionatının "Valensiya"ya qarşı matçında (2:2) qol vurub. Bu, argentinalı üçün "Barselona"nın heyətində rəsmi matçlarda 643-cü qol olub. Pele oyundan sonra instaqramdakı hesabında onun qol rekordunu təkrarlayan Messiyə təbrik yazıb. Əfsanəvi futbolçu qeyd edib ki, İspaniya komandasının kapitanının oyununa heyrandır.

Son xəbərlər

Orphus sistemi