Messi klub karyerasında qol sayına görə Ronaldunu keçib

Messi klub karyerasında qol sayına görə Ronaldunu keçib Argentina millisinin futbolçusu Lionel Messi klub karyerasında qol sayına görə Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunu keçib.
Futbol
123
30 Oktyabr , 2019 10:07
Messi klub karyerasında qol sayına görə Ronaldunu keçib

Argentina millisinin futbolçusu Lionel Messi klub karyerasında qol sayına görə Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunu keçib.

“Report” “Actu Foot” portalına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna kapitanı olduğu İspaniya “Barselona”sının La Liqanın XI turunda evdə “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

Qarşılaşmada dubl edən və 2 məhsuldar ötürmə verən Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə iştirak etməklə reallaşdırıb. Ronaldu isə 813 oyunda 606 dəfə fərqlənib.

Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronalduda bu göstərici 0,75-dir.

Son xəbərlər

Orphus sistemi