Messi İspaniya çempionatında yeni rekorda imza atdı

Messi İspaniya çempionatında yeni rekorda imza atdı İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatında qol rekorduna imza atıb
Futbol
16 Mart , 2021 03:54
Messi İspaniya çempionatında yeni rekorda imza atdı
Lionel Messi

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatında qol rekorduna imza atıb.

“Report” xəbər verir ki, futbolçu buna İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə matçında fərqlənməklə nail olub. Bu, mövsümün 25 oyununda Messinin 20-ci qolu olub.

Beləliklə, Messi La Liqa tarixində 13 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran birinci oyunçu olub. Qeyd edilir ki, argentinalı hücumçunun ardıcıl qollar seriyası 2008/09 mövsümündə başlayıb. Messi ən yaxşı nəticəni 2011/12 mövsümündə göstərib, futbolçu həmin vaxt 50 qol vurub.

Daha əvvəl məlum olub ki, Messi "Barselona"nın heyətində matçların sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Son xəbərlər

Orphus sistemi