Messi İspaniya çempionatında 500-cü matçını keçirib

Messi İspaniya çempionatında 500-cü matçını keçirib İspaniya Primerasının 17-ci turunun matçında "Barselona" "Ueska" ilə qarşılaşıb.
Futbol
4 Yanvar , 2021 02:20
Messi İspaniya çempionatında 500-cü matçını keçirib
Lionel Messi
0 : 00
0 : 00

İspaniya Primerasının 17-ci turunun matçında "Barselona" səfərdə "Ueska" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş "El-Alkoras" stadionunda keçib və qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 27-ci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq açıb. Qarşılaşma bu hesabla da başa çatıb.

"Barselona" 16 matçda 28 xal yığaraq İspaniya Primerasının yarış cədvəlində beşinci yerə yüksəlib. "Ueska" 12 xalla siyahıda sonuncu yerdə qərarlaşıb.

Bununla da "Barselona"nın hücumçusu və kapitanı Lionel Messi İspaniya çempionatında özünün 500-cü matçını keçirib. Messi bu vaxt ərzində Primerada 451 qol vurub və 198 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi