Messi: “Futbol qayıdır və mən yenidən hazıram”

Messi: “Futbol qayıdır və mən yenidən hazıram” Katalon Barselona”sının və futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi məcburi fasilədən meydançaya qayıdışından sonra sosial şəbəkədə gözləntilərini paylaşıb.
Futbol
13 İyun , 2020 04:22
Messi: “Futbol qayıdır və mən yenidən hazıram”

Katalon "Barselona”sının və futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi məcburi fasilədən meydançaya qayıdışından sonra sosial şəbəkədə gözləntilərini paylaşıb.

“Report” xəbər verir ki, o, öz fikirlərini “Instagram”da bölüşüb.

"Oynamağın qeyri-mümkünlüyü məni fikirləşməyə məcbur etdi. Mən özümü istənilən başqa futbolçu kimi hiss edirəm. Mən sadəcə oynamaq istəyirəm. Futbol oynamaq — bu bəxşişdir və çox insan səni dəstəkləyir, hətta lap çox”, - futbolçu sosial şəbəkədə deyib.

Futbol — bu başqalarına ilham vermək və ilham almaq imkanıdır. Və hər şeydən ən böyük hədiyyə — başqaları üçün sevincin yaradılmasıdır. Futbol qayıdır və mən yenidən hazıram", — Messi özünün "Instagram”dakı səhifəsindəki videoçarxda deyib.

Son xəbərlər

Orphus sistemi