Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşdi
- 05 may, 2021
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi problemlə üzləşib.
"Report"un "Marca"ya istinadən məlumatına görə, argentinalı hücumçu evində komanda yoldaşlarına qonaqlıq verib. Onlar həm La Liqanın XXXIV turunda "Valensiya" üzərində qazandıqları 3:2 hesablı qələbəni qeyd ediblər, həm də mayın 8-də "Atletiko"ya qarşı keçirəcəkləri vacib qarşılaşmaya qeyri-formal durumda hazırlaşmaqdan ibarət olub.
Kapitan komandadaxili ab-havadan çox narahat olduğu üçün belə bir addım atıb. Futbolçular asudə vaxtlarını o qədər şən keçiriblər ki, Messinin villasından "Çempionlar-çempionlar, ole-ole-ole" sədaları eşidilməyə başlayıb.
34 yaşlı forvardın karantin qaydalarını pozması ilə əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb. Təcrübəli oyunçu 3 min avrodan, 60 min avroyadək cərimələnə bilər.
Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.
CAMPEONES chants can be heard from the gathering of the players at Messi's house
— Messi Worldwide (@Messi_Worldwide) May 3, 2021
What are they celebrating?
pic.twitter.com/MyOuCUVFkM