Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər

Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər İspaniyanın Barselona komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.
Futbol
106
11 Sentyabr , 2019 18:19
Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, böyük ehtimalla, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.

Daha öncə bildirilib ki, argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək. "Barselona" - "Valensiya" dueli isə sentyabrın 14-də olacaq. 

Orphus sistemi