"Barselona"nın argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasında 34-cü klubun qapısına qol vuraraq rekorda imza atıb.
"Report" xəbər verir ki, hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmundun "Borussiya" komandası ilə matçda fərqlənib.
Messi bu nəticə ilə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu və "Real"ın sabiq-hücumçusu Raul Qonsalesi qabaqlayıb. Həmin hücumçular Çempionlar Liqasında 33 kluba qol vurublar.
Otuz iki yaşlı Messi həm də "Barselona" tarixində ən yaxşı bombardirdir. O, klubun 700 matçında 613 qolun müəllifidir. Messi həmçinin 249 məhsuldar ötürmə edib.
Argentina futbolçusunun Katalon klubu ilə müqaviləsi 2021-ci il ilin yayına qədər qüvvədədir. Messi "Qızıl top"un beşqat sahibidir. O, altı dəfə "Qızıl butsı" alıb.