Məşqçilər Komitəsinin üzvləri AFFA-nın baş katibi və Robert Prosineçki ilə görüşüblər

Məşqçilər Komitəsinin üzvləri AFFA-nın baş katibi və Robert Prosineçki ilə görüşüblər Azərbaycanın U-21 yığmasına baş məşqçi və MK üzvlüyünə namizədlər noyabrın 16-dək müəyyənləşəcək
Futbol
5 Dekabr , 2014 17:57
Məşqçilər Komitəsinin üzvləri AFFA-nın baş katibi və Robert Prosineçki ilə görüşüblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Yeni yaradılan Məşqçilər Komitəsinin (MK) üzvləri bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan millli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüblər. Komitə sədri Vaqif Sadıqovun "Report"a verdiyi məlumata görə, E.Məmmədovla görüşdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına (U-21) baş məşqçi təyinatı ətrafında müzakirələr aparılıb. 

V.Sadıqov bildirib ki, MK üzvləri bu vəzifəyə yerli mütəxəssislərin də təyinatı variantının nəzərdən keçirilməsini istəyiblər. Öz növbəsində baş katib yerli mütəxəssislərin və komitənin 5-cü üzvlüyünə namizədlərin siyahısının hazırlanmasına dair tapşırıq verib. Hər iki siyahı noyabrın 16-da keçiriləcək növbəti görüşdə E.Məmmədova təqdim olunmalıdır. 

MK sədrinin sözlərinə görə, R.Prosineçki ilə görüş tanışlıq xarakteri daşıyıb. Baş məşqçi dekabrın sonlarınadək Topaz Premyer Liqasının oyunlarını izləyəcəyini və Azərbaycan millisinə gənc futbolçuları da cəlb etmək istədiyini bildirib. Konstruktiv dialoq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.   

Son xəbərlər

Orphus sistemi