Məşhur “San Siro” stadionunda toy mərasimlərinə icazə veriləcək

Məşhur “San Siro” stadionunda toy mərasimlərinə icazə veriləcək Toy davam etdiyi müddətdə arxa fonda futbol matçı keçiriləcək
Futbol
28 Mart , 2018 11:40
Məşhur “San Siro” stadionunda toy mərasimlərinə icazə veriləcək

Bakı. 28 mart. REPORT.AZ/ İtaliyanın məşhur “San Siro” stadionunda toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, həm də “Cüzeppe Meatsa” adı ilə tanınan idman qurğusu bu ilin sentyabrından etibarən sifarişləri qəbul etməyə başlayacaq.

Toy etmək istəyənlər mərasimə 80 – 1000 nəfər dəvət edə biləcəklər. Toy davam etdiyi müddətdə arxa fonda futbol matçı keçiriləcək. 

Bu arenada “İnter” və “Milan” klubları ev oyunlarını keçirirlər. 

Azərbaycanda isə Bakı Olimpiya Stadionu bir müddət əvvəl toy mərasimləri üçün açıq olduğunu bəyan edib. 

Son xəbərlər

Orphus sistemi