Məşhur futbolçu ikinci dəfə karyerasını bitirdi

Məşhur futbolçu ikinci dəfə karyerasını bitirdi Niderland millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Aryen Robben peşəkar karyerasını başa vurub.
Futbol
15 İyul , 2021 15:17
Məşhur futbolçu ikinci dəfə karyerasını bitirdi
Aryen Robben

Niderland millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Aryen Robben peşəkar karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 37 yaşlı yarımmüdafiəçi özünün tvitter səhifəsində paylaşım edib.

Təcrübəli oyunçu bunun çətin qərar olduğunu söyləyib. Futbolçu ona dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu, Aryen Robbenin futbola 2-ci vidasıdır. O, daha əvvəl 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlayıb. Lakin ötən il yenidən futbola qayıdan Robben karyerasını ölkəsinin "Qroningen" klubunda bərpa edib.

Son xəbərlər

Orphus sistemi