Məşhur futbol məşqçisi "Dakar" rallisində iştirak edəcək

Məşhur futbol məşqçisi "Dakar" rallisində iştirak edəcək Andre Villaş-Boaş “Overdrayv” komandasının heyətində yer alacaq
Futbol
23 Noyabr , 2017 16:17
Məşhur futbol məşqçisi Dakar rallisində iştirak edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Çinin “Şahxay Şanqan” futbol komandasının baş məşqçisi Andre Villaş-Boaş 2018-ci il “Dakar” rallisində iştirak edəcək.

“Report” “Record”a istinadən xəbər verir ki, 40 yaşlı portuqaliyalı mütəxəssis “Overdrayv” komandasının heyətində yer alacaq.

O, 346 nömrəli “Toyota” markalı avtomobili idarə edəcək. Portuqaliyalının komanda yoldaşı həmyerlisi Ruben Faria olacaq.

Qeyd edək ki, Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", İngiltərənin "Çelsi" və "Tottenhem" komandalarının baş məşqçisi olub. “Dakar-2018” 6 - 20 yanvarda keçiriləcək. Yarışın marşrutu Peru, Bolivya və Argentinanı əhatə edəcək. 

Son xəbərlər

Orphus sistemi