Mərakeşlilər komandalarının DÇ-2018-ə çıxmasını Brüsseldə avtomobilləri yandırmaqla qeyd ediblər - VİDEO

Mərakeşlilər komandalarının DÇ-2018-ə çıxmasını Brüsseldə avtomobilləri yandırmaqla qeyd ediblər - VİDEO Xuliqanlar həmçinin bir neçə müasir incəsənət abidəsini dağıdıblar
Futbol
119
12 Noyabr , 2017 08:16
Mərakeşlilər komandalarının DÇ-2018-ə çıxmasını Brüsseldə avtomobilləri yandırmaqla qeyd ediblər - VİDEO

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Mərakeş yığma komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər.

“Report” xəbər verir ki, onlar komandalarının Rusiyada keçiriləcək Dünya çempionatı – 2018-ə vəsiqə qazanmasını şəhərdə iğtişaş törətməklə qeyd ediblər.

Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.

Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.

Son xəbərlər

Orphus sistemi