Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub
Futbol
- 03 oktyabr, 2024
- 07:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.
"Report" xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin II turunda İtaliya təmsilçisi "Boloniya" ilə matçda reallaşdırıb.
Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.
Qeyd edək ki, "Liverpul" - "Boloniya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
10:41
Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına umidvarıq
Mədəniyyət siyasəti
10:39
Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib
Xarici siyasət
10:38
Foto
ANAMA ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub
Daxili siyasət
10:36
Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyarda dollara çatıb
Xarici siyasət
10:36
Kobaxidze: Azərbaycanla həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Region
10:36
Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir
Xarici siyasət
10:35
Abşeron dairəvi dəmir yolu üzrə mövcud xətlərdə stansiyaların sayı artırılacaq
İnfrastruktur
10:33
Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarından biridir
Xarici siyasət
10:31
Foto
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası başlayıb
Xarici siyasət