Fransa prezidenti xəsarət alan futbolçu ilə maraqlanıb

Fransa prezidenti xəsarət alan futbolçu ilə maraqlanıb “Pari Sen Jermen” (PSJ) komandasının hücumçusu Kilian Mbappe Fransa prezidenti Emmanuel Makrona ölkə kubokunda qələbədən sonra xəsarət almasından danışıb.
Futbol
25 İyul , 2020 05:53
Fransa prezidenti xəsarət alan futbolçu ilə maraqlanıb

“Pari Sen Jermen” (PSJ) komandasının hücumçusu Kilian Mbappe ölkə kubokunda qələbədən sonra Fransa prezidenti Emmanuel Makrona  xəsarət almasından danışıb.

“Report” xəbər verir ki, PSJ yarışın həlledici matçında "Sent-Etyen"ə 1:0 hesabı ilə qalib gəlib.

Mükafatlandırma zamanı Mbappe ilə söhbətində Makron oyunçunun sağlamlığı ilə maraqlanıb. Makronun "Sənə nə olub?", – sualına Mbappe: "Kiçik çat", - cavabını verib. Makronun "Bunun sınıq olduğunu düşünürsən?" - sualını Mbappe: "yox, belə düşünmürəm" – cavablandırıb. Fransa prezidenti futbolçudan "Bundan sonra xəstəxanaya gedəcəksən?" – deyə soruşub. Mbappe: "Bəli, mükafatlandırmadan dərhal sonra ora yola düşəcəm", - deyə bildirib.

Qeyd edək ki, "Sent-Etyen"in müdafiəçisi Loik Perren görüşün 27-ci dəqiqəsində Mbappeyə qarşı kobud oynayıb və buna görə də sarı vərəqə alıb. Ancaq bundan sonra oyunun baş hakimi Amauri Deleru VAR sistemindən istifadə edib və Perreni oyundan kənarlaşdırmaq barədə qərar qəbul edib.

Mbappenin tibb personalının köməyinə ehtiyacı olub. Fransız hücumçu oyunu davam etdirə bilməyib, onun yerinə meydançaya ispan yarımmüdafiəçi Pablo Sarabiya çıxıb.

Son xəbərlər

Orphus sistemi