Massimiliano Alleqri Serbiya millisinin baş məşqçisi postuna namizəddir

Massimiliano Alleqri Serbiya millisinin baş məşqçisi postuna namizəddir İtaliyanın "Milan" və "Yuventus" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinin "sükanı" arxasına keçməyə namizəddir.
Futbol
28 İyun , 2024 16:39
Massimiliano Alleqri Serbiya millisinin baş məşqçisi postuna namizəddir

İtaliyanın "Milan" və "Yuventus" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinin "sükanı arxasına" keçməyə namizəddir.

"Report" xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

Serbiya millisinin baş məşqçi postuna namizədlər siyahısında italiyalı mütəxəssislər Stefano Pyoli və Mauritsio Sarri, həmçinin almaniyalı Yurgen Klopp da var.

Qeyd edək ki, Draqan Stoykoviçin rəhbərlik etdiyi Serbiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi