"Marca": Benzema "Real Madrid"lə müqaviləni yeniləyir

"Marca": Benzema "Real Madrid"lə müqaviləni yeniləyir Fransalı futbolçu Kərim Benzema bu yay İspaniya "Real Madrid"ini tərk etməyəcək.
Futbol
2 İyun , 2023 00:20
Marca: Benzema Real Madridlə müqaviləni yeniləyir

Fransalı futbolçu Kərim Benzema bu yay İspaniya "Real Madrid"ini tərk etməyəcək.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu "kral klubu" ilə müqaviləsinin müddətini daha 1 il uzadacaq. Bu isə o deməkdir ki, təcrübəli forvard növbəti mövsümdə də Madrid təmsilçisinin formasını geyinəcək.

Benzema hiss edir ki, "Real"da daha bir əla mövsüm keçirmək üçün kifayət qədər gücü var. Futbolçu, həmçinin, onun xidmətində maraqlı olan Səudiyyə Ərəbistanı klublarına təşəkkür edib. Hücumçunun "Real Madrid"lə müqaviləsi başa çatdıqdan sonra ərəblərlə danışıqları davam etdirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən La Liqa təmsilçisinin şərəfini qoruyur. O, cari mövsüm bütün turnirlərdə 30 qol vurub və 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi