Maradonanın son sözləri məlum oldu

Maradonanın son sözləri məlum oldu "Mirror" nəşri Argentina mənbələrinə istinadən əfsanəvi futbolçusu Dieqo Maradonın həyatın son saatları haqqında informasiya yayıb.
Futbol
3556
26 Noyabr , 2020 05:25
Maradonanın son sözləri məlum oldu
Dieqo Maradona

"Mirror" nəşri Argentina mənbələrinə istinadən əfsanəvi futbolçu Dieqo Maradonın həyatın son saatları haqqında informasiya yayıb.

"Report"un nəşrə istinadən məlumatına görə, Maradona səhər bənizi solğun halda oyanıb və soyuqdan şikayət edib, ancaq səhər yeməyini yeyə bilib. O, sonra yatağına qayıdıb və bu zaman "Me siento mal" (ispan dilindən tərcümədə özümü pis hiss edirəm deməkdir – red) - son sözlərini deyib.

Bu yaxınlarda xəstəxanadan buraxılan əfsanəvi futbolçuya qulluq göstərən tibb bacısı dərhal təcili yardım çağırıb. Lakin həkimlər Maradonanın həyatını xilas edə bilməyiblər. Yerli vaxtla saat 12:00 radələrində Dieqonun ölümü qeydə alınıb.

Daha əvvəl Argentina yığmasının sabiq oyunçusunun vəkili onun ölüm səbəbini açıqlayıb. Məlum olub ki, Maradona ürəktutmasından ölüb.

Son xəbərlər

Orphus sistemi