Maradonanın əşyaları hərraca çıxarılıb

Maradonanın əşyaları hərraca çıxarılıb Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya məxsus əşyalar hərraca çıxarılıb.
Futbol
20 Dekabr , 2021 14:05
Maradonanın əşyaları hərraca çıxarılıb
Dieqo Maradona

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya məxsus əşyalar hərraca çıxarılıb.

"Report"un "Amerikanın səsi"nə istinadən məlumatına görə, bu addımı mərhum hücumçunun varisləri atıb.

Ümumilikdə 90 əşya satışa qoyulub. Hərracın keçirildiyi 3 saat ərzində 26 000 dollar məbləğində əşya satılıb. Ən böyük məbləğ şəkillərdən götürülüb.

Eyni zamanda Maradonanın Buenos-Ayresdəki 900 000 dollarlıq evi və Mar-del-Platada dəniz kurortundakı 65 000 dollarlıq apartamentləri də hərracda olub. Lakin onları satmaq mümkün olmayıb.

Mərhum futbolçunun 225 000 ABŞ dolları qiymətində olan 2017-ci il seriyalı və 165 000 dollarlıq 2016-cı il seriyalı BMW avtomobilləri də yeni sahibini tapmayıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.

Son xəbərlər

Orphus sistemi