Maradona: "Messi və Ronaldu dünyanın ən yaxşı futbolçularıdır"

Maradona: "Messi və Ronaldu dünyanın ən yaxşı futbolçularıdır" Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya "Barselona"sının hücumçusu Lionel Messi və İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.
Futbol
26 Oktyabr , 2020 20:19
Maradona: Messi və Ronaldu dünyanın ən yaxşı futbolçularıdır
Dieqo Maradona

Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya "Barselona"sının hücumçusu Lionel Messi və İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.

"Report" xəbər verir ki, hazırda ölkəsində "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi olan əfsanəvi oyunçu "France Football"a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi